Kateqoriyasız

“Keşlə”nin məşqçisi və inzibatçısı izahat verdi

“Keşlə” klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.

“Keşlə” klubu müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.

Məlumatda aparılan araşdırmaların “Keşlə” klubuna heç bir aidiyyatının olmadığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43