Kateqoriyasız

“Keşlə”nin qapıçısı möcüzələr göstərirdi” – “Soçi”nin baş məşqçisi

“Keşlə” ilə oyunun əvvəli mübariz ruhda keçdi. Rəqib heç nədə uduzmaq istəmirdi”.

Bu sözləri “Soçi”nin baş məşqçisi Vladimir Fedotov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Keşlə” ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 3:0 hesablı qələbəni belə şərh edib: “Həmişə olduğu kimi ilk 10 dəqiqə qarışıqlıq. Amma biz standart vəziyyətdən hesabı açdıq. Sonra çox sayda epizodlar oldu. Hücumların sonluğunda düzgün oynamırıq. Soyuqqanlılıq çatmırdı. Rəqib qapıçı möcüzələr göstərirdi. Deyərdim ki, o, futbol qəhrəmanlığı nümayiş etdirdi. Gərgin qrafikimiz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43