İdman

“Keşlə” braziliyalı futbolçunu baxışdan keçirir

Yeni mövsümə hazırlıqlarınıə davam etdirən “Keşlə”nin düşərgəsinə yeni futbolçu gəlib.

İdmanxeber.com-un məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan paytaxt klubu “Zirə”nin formasını geyinmiş 31 yaşlı Eduardo da Konseysaunu baxışdan keçirir.

“Keşlə”nin anlaşdığı serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç də artıq komandanın düşərgəsindədir. Onunla yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43