İdman

“Keşlə” Qəbələdə dəstəksiz qalmayacaq

3 gün sonra, may ayının 28-i Azərbaycan kubokunun final matçı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, “Keşlə” nominal ev sahibi kimi Qəbələdə eyni adlı klubla qarşılaşacaq. Hər il olduğu kimi bu finalda da anşlaqın olması gözlənilir. Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov əməkdaşımızla söhbətində Bakıdan 100 – ə yaxın “Keşlə” azarkeşinin Qəbələyə aparılacağını, onlar üçün avtobusların ayrılacağını bildirdi.


“Qəbələ” klubundan saytımıza verilən məlumata görə isə PFL tərəfindən kluba 100 ədəd bilet verilib. Qalan biletlər isə satışa çıxarılıb. Çempionat oyunlarında ən çox 300 azarkeşin toplaşdığı Qəbələ şəhər stadionunun bu dəfə dolacağı istisna olunmur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43