Ölkə futbolu

“Keşlə”nin səfər oyununa təyinatlar açıqlandı

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Baltsan” (Malta) – “Keşlə” oyununun hakimləri açıqlanıb.

Matçı Bolqarıstandan olan hakimlər idarə edəcək.

12 iyul

Avropa Liqası, I təsnifat mərhələsi

21:00 “Baltsan” – “Keşlə”

Baş hakim: Volen Çinkov

Yan xətt hakimləri: Georgi Doynov, Deniz Sokolov

Dördüncü hakim: Draqomir Draganov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya)

UEFA nümayəndəsi: Pol Lion (İngiltərə)

Ta Qali Stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43