Dünyadan

Ketsbayanın inadı davam edir: Gelaşvili oynadı, Sxadadze izlədi

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Gürcüstan millisi növbəti oyununu keçirib.

"Qarabağ"ın forvardı Nikolaz Gelaşvilinin formasını geyindiyi yığma Finlandiya ilə qarşılaşıb. 

Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya “Qarabağ”ın forvardı Nikolaz Gelaşviliyə yenə start heyətində şans verib və Ağdam klubunun hücumçusunu 57-ci dəqiqədə əvəzləyib.

“İnter”in üzvü Baçana Sxadadze və “Bakı”nın sabiq oyunçusu Georgi Popxadze ehtiyatda qalıblar.

Qarşılaşma isə finlərin qələbəsi ilə yekunlaşıb – 0:1.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43