Dünya futbolu

Kevin Kuranyi Belarus klubunda

“Hoffenhaym”dan göndərildikdən sonra klubsuz qalan Kevin Kuranyinin yeni iş yeri müəyyənləşmək üzrədir.

Almaniya millisinin sabiq üzvü karyerasını Belarusda davam etdirə bilər. Belə ki, 34 yaşlı hücumçu Brestin “Dinamo” klubunun düşərgəsində baxışdadır. Futbolçunun hazırlıq durumu məşqçilər korpusunu qane etsə, onunla rəsmi müqavilə imzanacaq.

Qeyd edək ki, Kuranyi karyerası ərzində “Ştuttqart”, “Şalke”, “Dinamo” (Moskva) kimi klublarda çıxış edib. O, 2003/08-ci illərdə Almaniya millisinə dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43