Ölkə futbolu

Kevin Medina üçün əlamətdar oyun

Misli Premyer Liqasının 15-ci turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Yubileyi “Zirə” ilə matça təsadüf edən oyunçu qarşılaşmaya start heyətdə çıxıb. Oyunçu bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.

Medina cari çempionatda 7 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43