Dünya futbolu

Kilian Mbappe sıradan çıxdı

“Monako”nun futbolçusu Kilian Mbappe sıradan çıxıb.

İdmanxeber.com-un məlumatına görə,  18 yaşlı hücumçu Fransa liqasının 1-ci turunda “Tuluza”ya qarşı matçın (3:2) 74-cü dəqiqəsində zədələnib və Allan Sen-Maksimenlə əvəzlənib. Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Mbappe ilə “Real”, “Barselona” və PSJ-nin maraqlandığı iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43