Ölkə futbolu

“Kim deyə bilər ki, asan qələbə qazanacağıq?!”

"Allaha şükür ki, 3-cü dövrəyə yaxşı başladıq. Qarşıdakı yol necədirsə, elə də mübarizəni davam etdirməliyik. “Simurq”u bərk, möhkəm oyun göstərən komanda kimi xarakterizə edirəm və ev komandası sayılan bir kollektivə qarşı döyüşəcəyimizi bilirəm. Belədə kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?! “Simurq”un evdə yaxşı oynaması məni çox narahat edir".

Bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib:

Serbiyalı mütəxəssis qış transfer pəncərəsi dönəmində komandadan ayrılan Mindauqas Kalonasın əvəzinə bir hücumçu alındığını bildirib: "Qış fasiləsində “Bakı”ya yeni oyunçuların alınmamasına gəlincə, artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub. O gələn həftə düşərgəyə təşrif buyuracaq. Ancaq rəsmi müqavilə bağlanmadan onun adını açıqlaya bilmərəm. Nəticədə qış fasiləsində komandanı tərk edən Mindauqas Kalonasın yeri dolmuş olacaq”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43