Ölkə futbolu

Kintana: “Azərbaycan millisindən təklif gəlsə, müsbət dəyərləndirərəm”

Topaz Premyer Liqasının XIV tuurnda “Zirə”ni 6:0  hesabı ilə məğlub edən “Qarabağ” komandasının futbolçusu Dani Kintana mətbuata açıqlama edib. Oyunda 3 qol vuran futbolçu bunun özü üçün də gözlənilmız olduğunu bildirib:

“Bu mənim ilk het-trikimdir. Təbii ki, gözləmirdim. Ancaq bu mənim üçün çox xoş oldu. Artıq 4 ildir buradayam. İki oyundu ard-arda komandamda hetrtrik olması çox gözəl bir şeydir.

Təcrübəli futbolçu Azərbaycan vətəndaşlığını qəbul edib milli komandada oynaya biləcəyi sualına isə belə cavab verib:

“Açığı, bu barədə mənə heç bir təklif gəlməyib. Ancaq onu deyə bilərəm ki, “Qarabağ” və Azərbaycan mənim ürəyimdə çox fərqli bir yerdədir. Əgər mənə millidə oynamaq təklifi gəlsə, bunu müsbət dəyərləndirərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43