Milli komanda

Kipr – Azərbaycan: mətbuat konfransları və məşqlərin vaxtı açıqlandı

Millətlər Liqasında keçiriləcək Kipr – Azərbaycan oyununda öncə təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə,bu gün Bakı vaxtı ilə 19:30-da Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazinin mətbuat konfransı təşkil olunacaq.

Kipr milli komandası

Saat 13:00. Mətbuat konfransı

Saat 21:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi GSP stadionda təşkil olunacaq.

Kipr – Azərbaycan oyunu sentyabrın 8-i saat 22:45-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43