Kateqoriyasız

Kipr millimizi bu stadionda qonaq edəcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Komanda rəqiblərini paytaxt Nikosiyadakı GPS stadionunda qəbul edəcək.

Qeyd edək ki, Kipr yığması sentyabrın 8-də evdə millimizlə qarşılaşacaq. Canni De Byazinin baş məşqçi olduğu yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43