26 Avqust 2019
Kateqoriyasız

“Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdı” – Riçard Almeyda

Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubuna 0:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb.

Azərbaycan millisinin üzvü öncə oyunla bağlı danışıb:

– Bu gün futbol elədi ki, ani diqqətsizlik olanda rəqib səni cəzalandırır. Biz də əlimizə düşən imkanları qola çevirsəydik, bəlkə də, fərqli olardı. Futboldu, başımızı dik saxlamalı, irəli baxmalıyıq.

– Nikosiyada 90+5-də ubraxılan qol nəticəyə nə dərəcədə təsir etdi?
–  Yox, orada da ani diqqətsizlikdən buraxmışdıq. Bu gün də diqqətsizlik oldu. Zubirin, mənim, Slavçevin qol epizodları oldu, yararlana bilmədik. Uduzmağı da bacarmaq lazımdı. APOEL-i qələbə münasibətilə təbrik etməliyik.

– Slavçev nə etsin ki, qol vura bilsin?
– Bunun üçün baş məşqçimiz var. O, hamımıza eyni gözlə baxır. Kiməsə futbolu öyrədən məşqçidi. Məyusuq, bu qədər azarkeş gəlmişdi. İstəyirdik ki, onları sevindirək. Bu gün çox möhtəşəm idilər. Əlimizdə imkan var ki, Avropa Liqasının qruplarına düşək. Ümid edirəm, “Neftçi” də İsraildə “Bney Yehuda” səddini keçəcək. Avropa Liqasının qruplarında ölkəmizi təmsil etmək istəyirik.

– Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?
– Bunun üçün çox təcrübəli baş məşqçimiz var. Heyətimizdə də təcrübəli futbolçular yer alıb. Bu, ilk məğlubiyyət deyil. Ötən il də BATE-yə uduzmuşduq. Yığıldıq, toparlandıq. Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdı. Eniş-yoxuşlar olur, bunların öhdəsindən gəlməyi bacarmalıyıq.

– Bu gün “Qarabağ” özünə bənzəmirdi. Sırf nəticə üçün oynamaq mümkün olmazdı?
– Bizim oyun fəlsəfəmiz var. Bu gün meydanda hansı tərəf yaxşı idi? Çatışmayan cəhət qol idi. Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, “Qarabağ” idi.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” Reynaldonu göndərir?

admin

“Çelsi” də gəldi

admin