Dünya futbolu

KİV: Neymar PSJ-dən ayrılmağı düşünür

PSJ-nin hücumçusu Neymar yayda klubu tərk edə bilər.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı Fransa klubundan ayrılmağı düşünür. PSJ hücumçunu almaq opsiyonu ilə icarəyə də verə bilər.

Ulduz futbolçunun bu yaxınlarda “Barselona”nın sosial şəbəkə hesabından edilən paylaşımları bəyənməsi onun Parisdən ayrlılacağı yönündəki iddiaları qüvvətləndirib.

Neymar 2017-ci ildən PSJ-nin şərəfini qoruyur. Bu mövsüm o, komandanın heyətində 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43