Dünya futbolu

KİV: “Real” Konte ilə anlaşdı”

İngiltərənin “Sky Sports” agentliyinin yaydığı məlumata görə, “Real Madrid” klubu Antonio Konte ilə razılığa gəlib. Baş məşqçi Lopeteqenin işindən narazı olan “Kral Klubu” yaxın günlərdə ispaniyalı ilə yollarını ayıracağı gözlənilir. Xəbərdə klub rəhbərliyinin Konte ilə görüşdüyünü və italiyalı mütəxəssisdən müsbət cavab alındığı da qeyd edilib.

Antonio Konte sonuncu dəfə İngiltərənin “Çelsi” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43