22 Sentyabr 2024
Dünya futbolu

KİV: Ronaldo Messi ilə komanda yoldaşı ola bilər

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də çıxış edən Kristiano Ronaldo karyerasını Amerikada davam etdirə bilər.

İdmabxeber.az yerli mətbuata istinadən xəbər verir ki, “İnter Mayami” klubu futbolçu ilə təmasa keçib. MLS təmsilçisi Ronaldonu ölkəyə gətirməklə ABŞ-da futbolun populyarlığını artırmaq və bu sahəni inkişaf etdirmək niyyətindədi.

Xəbərdə transferin bu il yox, 2025-ci ildə baş tuta biləcəyi vurğulanıb.

Xatırladaq ki, argentinalı ulduz futbolçu Lionel Messi də Mayami klubunda forma geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43