Kateqoriyasız

Kiyev “Dinamo”sunun oyunu Əliyar Ağayevə tapşırıldı

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Dekabrın 12-də Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək “Dinamo” – “Lugano” (İsveçrə) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim Orxan Məmmədov olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43