Kateqoriyasız

Klopp göz yaşlarını saxlaya bilmədi: “Özümü itirmişəm” – Video

“Liverpul”un baş məşqçisi Yurgen Klopp 30 il sonra Premyer Liqada çempion olmaları barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görəalman mütəxəssis zəfərə layiq olduqlarını deyib:

“Çempionluğu qeyd etmək çox önəmlidir. Çünki bu anlar unudulmur. Mövsüm ərzində gözəl anlarımız olub. Çempionluğu qeyd edəcəyik. Yaşadığımız günlər çox çətindir, amma bir yerə toplaşmağımız vacibdir.

Həqiqətən də inanılmazdır. Gözlədiyimdən daha artığını etdik. Özümü hazırda itirmişəm. Kenni Dalqlişin bizi necə dəstəklədiyini bilirəm. Bu çempionluq onun üçündür. 30 il bu anı gözləyib. Bundan əlavə, bu uğuru Cerrarda da həsr edirik. O da uzun müddət gözlədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43