Dünya futbolu

Klub prezidenti İquaini “xain” adlandırdı

Qonzalo İquainin “Napoli”dən “Juventus”a keçməsi bu yayın ən səs-küylü transferlərindən biri olacaq.

İdmanxeber.com-un məlumatına görə, 90 milyon avroluq hücumçu təkcə qiymətinə görə yox, həm də klublar arasındakı prinsip mübarizəsinə görə olacaq. 

Neapol klubunun prezidenti Aurelio De Laurentis argentinalı futbolçunun bu addımını xəyanət kimi qiymətləndirib.

“Yuventus”un İquainə görə buraxılış qiymətini ödəməyə razılaşmasından yarım saat sonra növbəti mövsümə planlarımızı qurmağa başladıq. Qonzalonun agenti tərəfindən verilən açıqlamadan sonra aladıq ki, bəlkə də, onun əvəzinə başqa oyunçu tapmalı olacağıq. Sözün düzü, İquainin bu tərzdə gedib “Napoli”də keçirdiyi 3 ilin üstündən xətt çəkəcəyini gözləmirdik. Kimlərsə xəyanət haqqında danışmağın mübaliğəli olduğunu düşünür. Mənim fikrimsə başqadır. Qonzalonun hərəkəti elə xəyanət idi. Buna nankorluğu da əlavə edirəm. Ola bilər ki, “Yuventus” buraxılış qiymətini ödəməkilə formallığa tam əməl etsin. Amma Turin klubundan belə addımı gözləmirdim”.

Qeyd edək ki, bir neçə gün öncə “qoca senyora”nın idman direktoru Beppe Marotta Qonzalo Hiquaini transfer etmək istəmədikləri barədə açıqlama vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43