28 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt”da maliyyə böhranı?: Klub rəhbərliyi verdiyi sözü tutmur

“Sumqayıt” klubunda maliyyə böhranı yaşanır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, akademiyada çalışan məşqçilər və texniki işçilər hələ may ayının maaşını almayıb. Rəhbərlik onlara iyunda iki aylıq əmək haqqlarını alacaqlarını bildirsə də, sözünün üstündə durmayıb.

Əskinə məlum olub ki, məşqçilər bu ay da pul üzünə həsrət qalacaq. Rəhbərlik isə çıxış yolu kimi növbəti ayı göstərib.

Deyilənə görə, iyulun ilk həftəsində iyun və may aylarının maaşı ödənəcək. Elə də böyük məbləğə çalışmayan məşqçilər və texniki işçilər yaranan vəziyyətdən narazı olsalar da, növbəti ayı gözləməyə məcbur qalıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43