Ölkə futbolu

Klublar Komitəsində sədrlik ləğv olundu – yeni katib müəyyənləşdi

AFFA-nın Klublar Komitəsinin idarəçilik sistemi dəyişib. Belə ki, sədrlik sistemi katibliklə əvəzlənib.

Dəyişiklik quruma üzv klubların təklifi əsasında reallaşıb. Komitənin yeni katibi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub.

Qeyd edək ki, komitənin sonuncu sədri “Neftçi”in prezidenti Kamran Quliyev idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43