Ölkə futbolu

Klublar Komitəsinin növbəti iclası keçirilib: İclasda kimlər iştirak etmədi? – FOTOLAR

Bu gün Four Seasons otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasın gündəliyinə daxil edilmiş məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.

Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Bakı” oyununun hava şəraiti ilə bağlı bu günə keçirilməsi ilə əlaqədar hər iki klubun nümayəndəsi, həmçinin “Qarabağ” klubunun təmsilçisi üzürlü səbəbdən iclasda iştirak etməyib.






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43