Dünyadan

Klublararası dünya çempionatına yekun vurulur

Dekabrın 18-də Yaponiyada futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, finalda “Real”la Yaponiyanın “Kaşima Antlers” komandaları üz-üzə gələcəklər. “Amerika” (Meksika) və “Atletiko Nasional” (Kolumbiya) klubları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.

Xatırladaq ki, dekabrın 8-dən başlayan və altı konfederasiyadan yeddi komandanın qatıldığı turnir Osaka və Okayama şəhərlərində keçirilir. Yarışın ötənilki qalibi finalda Argentinanın “River Pleyt” komandasını məğlub edən İspaniyanın “Barselona” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43