Ölkəmizi Avropa Liqası və Konfrans Liqasında təmsil edəcək komandaların rəqiblərini tanıyacağı tarix müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, ötən gün Premyer Liqada 2023/2024 mövsümün başa çatması ilə Azərbaycanı Avropa Liqasında “Zirə”, Konfrans Liqasında isə “Sabah” və “Sumqayıt”ın təmsil edəcəyi dəqiqləşib.
Təmsilçilərimizdən “Zirə” I, “Sabah” və “Sumqayıt” isə II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi isə iyunun 18-19-un da keçiriləcək.