28 Sentyabr 2024
Ölkə futbolu

Klublarımızın avrokubok matçları iki fərqli kanalda!

Klublarımızın avrokuboklardakı təsnifat oyunları ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”, Avropa Liqasında çıxış edəcək “Zirə” və Konfrans Liqasında oynayacaq “Sumqayıt”ın matçlarını “CBC Sport”dan canlı izləyə biləcəklər.

Turnirdəki digər təmsilçisimiz “Sabah”ın görüşləri isə “İctimai TV”dən canlı yayımlanacaq. Əgər komandalarımız pley-off mərhələsinə qədər irəliləsə, bütün oyunların yayım hüququ “CBC Sport”a aiddir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43