Kateqoriyasız

Klublarımızın avrokubok oyunları azarkeşsiz keçiriləcək? – Qərar verildi

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları azarkeşsiz keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, UEFA İcraiyyə Komitəsi onlayn video konfransda bu qərarı verib. Komitənin növbəti qərarına kimi qərar qüvvədə qalacaq.

Hər iki turnirin oyunları bir mərhələdən ibarət olacaq. Pley-off mərhələsində isə cavab qarşılaşması da keçiriləcək.

Qeyd edək ki, ölkəmizi “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları isə Avropa Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43