Kateqoriyasız

Klublarımızın nəzərinə: Leroy Corc transferə çıxarıldı

Türkiyənin “Göztəpə” klubu maliyyə sıxıntıları səbəbindən  bir neçə aparıcı futbolçusunu transferə çıxarıb.

İdmanxeber.com-un məlumatına görə, İzmir təmsilçisi “Qarabağ”dan heyətinə qatdığı Leroy Corcu da transferə çıxarıb.

PTT 1-ci liqa komandası yüksək maaş qarşılığında oynayan futbolçuların satışından gələn gəlirlə maliyyə durumunu düzəltmək istəyir.

Qeyd edək ki, L.Corcun “Göztəpə” ilə  2017-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43