Ölkə futbolu

Klublarımızın yeni UEFA reytinqi açıqlanıb

Avrokubokların 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının 15, Avropa Liqasının 29 qarşılaşması siyahıda ciddi dəyişikliyə səbəb olmayıb.

 

Cədvəldə Azərbaycanı 7 klub təmsil edir. Onlar arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Ağdamlılar 14,125 xalla 116-cı yerdədi.

 

9,375 xala malik “Neftçi” ən yaxşı təmsilçimizdən 40 pillə geri qalır. “Qəbələ” isə 2-ci “yüzlüy”ə daxil olub. “Qırmızı-qaralar” 6,375 xalla 199-cu yerdə qərarlaşıb.

 

Hesabında 5,625 xal olan “İnter” 217-ci, 4,125 xala malik “Xəzər Lənkəran” 284-cüdü. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,625) 309-cu, “Bakı” (3,375) 318-cidi.

 

Qeyd edək ki, təmsilçilərimizin rəqiblərindən “Viktoriya” (Çexiya) 36,175 xalla 48-ci, “Lill” (Fransa) 19,749 xalla 86-cıdı. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43