Dünya futbolu

“Klubumda 5 dəqiqədən daha az oynayıram” – Dmitri Nazarov

Azərbaycan milli komandasının üzvü Dmitri Nazarov Almaniya mətbuatına müsahibə verib

İdmanxeber.az-ın məlumatına görə, Almaniya II Bundesliqasında “Erzgebirge”nin formasını geyinən futbolçu az oynamasından şikayətlənib:

“Son oyunda “Paderborn”a qarşı cəmi 4 dəqiqə oynadım. Bu qədər az vaxtda nəsə etməyim mümkün deyil. Mən yenə də əlimdən gələni etməyə çalışıram. Ancaq onu deyim ki, meydanda olduğum müddətdən narazıyam”.

Nazarov Azərbaycan millisinə dəvət almasından da danışıb:

“Azərbaycan millisində gözləntim daha çoxdur. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram. Xorvatiya turnirə tam heyətlə gəlir. Luka Modriç,  İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridir. Onları çox vaxt televiziyada görmək olur”.

Oxşar xəbərlər

Qol vurdular, kameramanı qucaqladılar – VİDEO

admin

“Arsenal” bu qolla 3 xal qazandı- VİDEO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin