Ölkə futbolu

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım” – Ramil Şeydayev

Türkiyənin “Kocaelispor” klubuna keçən millimizin futbolçusu Ramil Şeydayev təqdimat mərasimində açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisi ilə uğurlu mövsüm keçirmək istədiyini bildirib:

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım. Transfer danışığı uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Burada oynamaq məni həyəcanlandırır. Mövsümün sonunda birlikdə sevinəcəyik”.

Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43