29 Sentyabr 2024
Ölkə futbolu

“Kocaelispor”un prezidenti: “Ramil Şeydayevlə anlaşdıq”

Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun Ramil Şeydayev transferi ilə bağlı açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, “Radyospor”a danışan klub rəhbəri bunları deyib:

“Ramil Şeydayevlə anlaşdıq. Sabah bizimlə olacaq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.

“Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43