Dünya futbolu

Kolarov A Seriyasına qayıdır

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Kolarov karyerasını “Roma”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, klublar 31 yaşlı futbolçunun transferilə bağlı şifahi razılığa gəlib.

Romalılar serb futbolçu üçün 6,5 milyon avro ödəyəcək.

2007-2010-cu illərdə “Latsio”da oynayan futbolçu “Roma” ilə 2020-ci ilə qədər müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43