Kateqoriyasız

“Komanda APOEL ilə oyundan sonra “sındı” – Qurban Qurbanov

“Futbolçularıma təşəkkür edirəm ki, sona kimi mübarizə apardılar. Ən azından bir xal əldə edə bildik. Nəticə bizi məyus edir. Ancaq şükürlər olsun ki, sonda məğlubiyyətdın qaça bildik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çalışdırıcı sözlərinə daha sonra belə davam edib:

“Komandada istək var idi. Komanda ən azı üçüncü pilləni saxlamaq üçün bu gün mübarizə apardı

Ümumən futbolçularım APOEL-lə ikinci oyundan sonra məyus idi. Sanki bizim üçün mövsüm erkən bitmişdi. Komandanı belə məqamda toparlamaq çətin olur.

Kiprdəki oyundan sonra komanda “sındı”. Bizim daha çox qol epizodlarımız APOEL-lə oyunlarda oldu. Günü sabah da APOEL-lə oynasaq onlardan çəkinmərik, məğlub etməyə çalışarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43