İdman

“Komanda əzmkar mübarizə apardı” – millimizin baş məşqçisi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın əvəzedici komandası ilə qarşılaşan yığmamız 2:2 hesablı heç-heçə edib. U-17-nin qollarını Musa Qurbanlı və Emil Quluzadə vurub.

Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev fikirlərini bildirib: “Belarus səfərindən əvvəl bizim üçün yaxşı rəqib oldu. Bu oyunda komandanın güclü və zəif tərəflərini görə bildik. Rəqibin 3-4 yaş böyük futbolçulardan ibarət olmasına baxmayaraq, komanda istəkli idi, əzmkar mübarizə apardı. Bu bizim üçün vacib amillərdən biri idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43