23 Sentyabr 2024
İdman

Komanda sayı artırılır – Lənkəranın gələcəyi dəqiqləşdi – ÖZƏL

Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq.

İdmanxeber.az-a daxil olan məlumata görə, komanda sayı 10-dan 12-yə çatdırılacaq.

Yeni komandalar isə MOİK və Lənkəran olacaq. Sözügedən kollektivlər yeni mövsümdən Azərbaycan Basketbol Liqasında mubarizə aparacaq. Bu qərar iyunun 5-də qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün qalibi “Sabah” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43