Ölkə futbolu

“Komandam bu gün yaxşı oynadı” – Prosineçki

“Çox danışmaq istəmirəm. Belə hadisələr olur. Bir komanda oynayır digəri qol vurur. Yəqin siz də razı olarsız ki, komandam bu gün yaxşı oynadı”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycanın baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018 təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edən yığmamız matçı məğlub başa vurub – 0:1.

Oyundan sonra keçirilən mətbuat konfransında millimizin çalışdırıcısı jurnalistlərin suallarını cavabıandırıb:

– Futbolçuları növbəti oyuna necə motivasiya edəcəksiz?

– Futbolçularım bir neçə gün dincələcək. Sonra klublarda oyunlar başlayacaq. Futbolda belə hadisələr olur. Güclü komanda yaxşı oyun nümayiş etdirir, sonda rəqib sevinən tərəfolur.  Topa yiyələnmədə 70 % kimi üstünüyümüz var idi. Sentyabr ayına kimi oyunçularda heç bir psixoloji probıem olmayacaq.

– Türkiyə mətbuatına görə, “Bursaspor”la danışıqlar aparırısız. Bu doğrudumu?

– Bu suala cavab vermək istəmirəm.

– Stadona toplaşan 30 min azarkeşə nəsə sözünüz varmı?

– Hər bir azarkeşə minnətdarlığımı bildirirəm. Bu gün oyunçularım var gücü ilə mübarizə aparıb və bacardıqlarını ortaya qoyub. Mən razıyam ki, nəticə çox vacibdi, ancaq bu gün mübarizə apardıq.

– Riçard Almeyda kimi oynçuya sahib olmağınızı necə dəyərləndirisiz?

– Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların əksəriyyəti  bir yerdə oynayıb. Futbolçuları məndən yaxşı tanıyır. İlk günlərdən Riçardın milliyə uyğunlaşmasında heç bir çətinlik yaranmadı. Əksinə Riçardı tanımayan digər oyunçular üçün çətin idi. Deməzdim ki, Riçardın simasında istədiyim oyunçunu tapmışam. O, peşakər və yaxşı futbolçudu. Mən həmişə demişəm ki, o Azərbaycanda ən yaxşı legionerlərdən biridi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43