Ölkə futbolu

“Komandam yaxşı futbol oynayır” – Laurentsiu Regekampf

“Neftçi” Misli Premyer Liqasının 28-ci turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.

İdmsnxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf görüş barədə fikirlərini bildirib:

“Komandamın pis oynadığını düşünmürəm. Fasilə zamanı milli komandaların futbolçuları bizimlə deyildi. Bununla yanaşı mərkəz yarımmüdafiəçilərimiz Ataa Caberlə Eddi İsrafilov zədəlidir. Bu gün yaxşı epizodlarımız oldu. Hücumu tamamlama məsələsində daha da diqqətli olmalıyıq. Daha çox köklənib, daha çox qollar vurmalıyıq. Çünki, epiozdları dəyərləndirə bilməyəndə rəqib standart vəziyyətdən belə qol vura bilər. Nəticədə oyun belə bitmiş olur. Bizi qarşıda ağır ay gözləyir. Çox vacib matçlarımız var. Bütün futbolçuları bərpa etməyə çalışmalıyıq. Qarşıdakı periodda daha diqqətli olmalıyıq. Düşünürəm ki, komandam yaxşı futbol oynayır.

Çempionatın qarşıdakı dövründə və kubokda Eddi bizə kömək edəcək. Özü də buna inanır. Mövsüm bittikdən sonra o, kiçik əməliyyat keçirəcək. Artıq fiziki hazırlıq məşqçisi ilə hazırlığa başlayıb. Bərpası yaxşı istiqamətdə gedir. Ümid edirəm ki, o, tezliklə komandaya qoşulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43