Premyer Liqa

“Komandamız yox dərəcəsində idi”

Topaz Premyer Liqasının 22-ci turunda Zaqatalada “Sumqayıt”ı qəbul edən “Simurq” rəqibini 4-0 hesabı ilə məğlub etdi.

Hər iki komandanın baş məşqçisinin oyun haqda fikirləri ilə sizi tanış edirik: 

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqib layiqli qələbə qazandı, çox pis oynadıq. Hesab arasındakı fərq 5-6 top da ola bilərdi. Komandamız yox dərəcəsində idi”.

George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Komandaya oyuna və qələbəyə görə təşəkkür edirəm. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissənin başlanğıcında qol vurduq, oyuna yaxşı başladıq. Ardıcıl 3 məğlubiyyətdən sonra yaxşı oyunla qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43