Ölkə futbolu

“Komandamızda bir neçə çətinliklər var” – “Səbail”in məşqçisi

Premyer Liqanın 11-ci turu çərçivəsində “Səbail” səfərdə “Zirə”nin qonağı olub və rəqibinə 1:3 hesabı ilə uduzub.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında “Səbail”in məşqçisi Vüqar Məmməd bunları deyib:

“Öz dəsti xətti ilə seçilən komandaya qarşı oynadıq. Komandamızda bir neçə çətinliklər var. Bugün təbii meydançada oynayırdıq. Süni meydandan təbii meydana çıxmaq əlavə çətinlik yaşatdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43