Kateqoriyasız

“Komandanı formaya salmaq çətindir” – Qurban Qurbanov

“Az yaşlı azarkeşlərlə görüşmək çox xoş oldu. Bu barədə çox danışmaq istəmirəm. Onlarla görüşmək həmişə xatirəmdə qalacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz” (1:1) oyunu barədə danışarkən deyib.

O, daha sonra belə davam edib:

“Ümumən burda oynamaq asan deyildi. “Kəpəz” bir xalı haqq etdi. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq. Komandanı formaya salmaq çətindir. Bunu sürətli oyunlarda daha yaxşı görmək olar. Günorta oyunlarında futbolçuları yaxşı hazırlamaq çətindir. Qış fasiləsindən sonra bütün oyunları günorta oynamışıq.

Qarşıda bizi “Sabah” və “Gent”lə görüşlər gözləyir. Çatışmazlıqlar var. Bu oyunlara kimi daha yaxşı formaya düşməliyik. Oyunçuların durumunu düzəltməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43