Dünya futbolu

Konfederasiyalar Kubokuna start verilir

İyunun 17-də Bakı vaxtı ilə saat 19.00-da futbol üzrə Rusiya və Yeni Zelandiya milli komandalarının qarşılaşması ilə sayca 10-cu Konfederasiyalar Kuboku turnirinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, iyulun 2-dək davam edəcək çempionatda FIFA-nın tərkibinə daxil olan 6 konfederasiyanı təmsil edən 8 komanda iki qrupda mübarizə aparır. “A” qrupunda ev sahibi Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, “B” qrupunda isə Kamerun, Çili, Avstraliya və Almaniya milliləri yer alıblar.

Turnirin ilk oyun günündə 1 qarşılaşma baş tutacaq. Açılış matçında meydan sahibi – Rusiya və Yeni Zelandiya üz-üzə gələcək. 

Konfederasiyalar Kuboku, I tur

A qrupu

17 iyun

19:00 Rusiya – Yeni Zelandiya
Baş hakim:
 Vilmar Roldan
Yan xətt hakimləri: Aleksander de Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya)
Dördüncü hakim: Mark Qeyqer (ABŞ)
Video hakim: Sandro Rikki (Braziliya), Co Fletçer (Kanada).
Əlavə video hakim köməkçisi: Enrike Kaseres (Uruqvay)
“Qazprom Arena”, Sankt-Peterburq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43