Dünya futbolu

Konfrans Liqası: Musalı “Yurqorden” mübarizəni dayandırdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Musa Qurbanlının çıxış etdiyi İsveçin “Yurqorden” klubu İsveçrə “Lütser”i ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb.

Millimizin üzvü də matçın işitirakçısı olub. O, oyuna ehtiyatda başlasa da, 36-cı dəqiqədə forma şansı qazanıb.

İlk görüşü doğma meydanda 1:2 uduzan “Yurqorden” iki matçın nəticəsinə görə KL-də mübarizəni dayandırıb.

3 avqust

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi, cavab oyunu

22:45. “Lütsern” (İsveçrə) – “Yurqorden” (İsveç)  1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43