Dünya futbolu

Konfrans Liqası: “Neftçi”nin daha bir potensial rəqibi bəlli oldu

Konfrans Liqasında mübarizə aparacaq “Neftçi”nin II təsnifat mərhələsindəki potensial rəqiblərinin daha biri məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, İsrail təmsilçisi “Beytar” “flaqman”ın mümkün rəqiblərindən biri arasına düşüb. Komanda ölkə kubokunu qazanaraq bunu bacarıb.

İsrail klubu püşkatmada səpələnməmişlər sırasında yer alacaq. “Neftçi” isə səpələnmişlərdə olacaq.

Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması iyunun 21-də olacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi

Səpələnmişlər

“Brügge” (Belçika)
“Gent” (Belçika)
“Makkabi (Təl-Əviv, İsrail)
“Viktoriya” (Çexiya)
“Budyo-Qlimt” (Norveç)
“Lex” (Polşa)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Yurqarden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
“Beşiktaş” (Türkiyə)
“Riyeka” (Xorvatiya)
“Styaua” (Rumıniya)
“Legiya” (Polşa)
“Rusenborq” (Norveç)
“Spartak” (Trnava, Slovakiya)
“KuPS” (Finlandiya)
“Neftçi” (Azərbaycan)
“Osiyek” (Xorvatiya)

Səpələnməmişlər:

“Hammarbü” (İsveç)
“Kalmar” (İsveç)
“Kauno” (Litva)
“Poqon” (Polşa)
“Zalaeqerseq” (Macarıstan)
“Keçkemet” (Macarıstan)
“Boraç” (Bosniya və Herseqovina)
“Sabah” (Azərbaycan)
“Ordabasi” (Qazaxıstan)
“Aktobe” (Qazaxıstan)
“Çelye” (Sloveniya)
“Auda” (Latviya)
“Beytar” (İsrail)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43