Dünya futbolu

Konfrans Liqası: “Olimpiakos” çempion!

UEFA Konfrans Liqasının 2023/24 mövsümünün qalibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, həlledici matçda “Olimpiakos” və “Fiorentina” kollektivləri üz-üzə gəlib. 

Afinada keçirilən final matçının əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. 

Əlavə edilmiş vaxtda isə “Olimpiakos” qol vuraraq, Konfrans Liqasının qalibi olub.

29 may

Konfrans Liqası, final

23:00. “Olimpiakos” (Yunanıstan) – “Fiorentina” (İtaliya) – 1:0

Qol: Kaabi, 116

Baş hakim: Artur Diaş

Afina, “AEK Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43