25 Oktyabr 2021
Kateqoriyasız

“Qarabağ” “Bazel”lə heç-heçə etdi

Konfrans Liqasında qrup mərhələsinə start verilib.

Azərbaycanı turnirdə təmsil edəcn “Qarabağ” H qrupunda ilk oyununu “Bazel”ə qarşı keçirib.

İsveçrə təmsilçisi ilə Bakı Olimpiya Stadionunda keçirilən matçda hesab açılmayıb – 0:0.

Qrupun digər oyununda “Kayrat” və “Omonia” birincilərin meydanında qolsuz heç-heçəyə razılaşıb.

Konfrans Liqası
Qrup mərhələsi, I tur

H qrupu

20:45. “Qarabağ” (Azərbaycan) – “Bazel”(İsveçrə) – 0:0
Bakı Olimpiya Stadionu, Bakı
Baş hakim: Erik Lambrehts (Belçika)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 25, İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov

“Bazel”: 1. Haynts Linder, 4. Eray Cömert,21. Andi Pelmar, 22. Serxio Lopes Qalaçe , 28. Raul Petretta, 7. Pajtim Kasami, 19. Darian Males, 23. Vouter Burger, 10. Artur Kabral, 14. Valentin Stokker (k), 27. Dan Ndoye
Ehtiyat oyunçular: 13. Borde Nikoliç, 46. Feliks Gebhardt, 5. Mixael Lanq, 17. Liam Millar, 24. Titsian Tuşi, 29. Adrian Durrer, 30. Tomas Tavares, 34. Taulant Caka, 35. Matias Palasias, 40. Liam Çipperfild, 96. Joelson Fernandes
Baş məşqçi: Patrik Rahmen


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Aftandil Hacıyevin 50-ci oyunu

admin

Avropada daha bir çempionat bərpa edilir

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin