05 Oktyabr 2022
Kateqoriyasız

Konfrans Liqası: “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılır.

İdmanxeber.az-ın məlumatına görə, saat 15:30-da start götürən püşkatmada Azərbaycanın “Qarabağ”, “Sumqayıt” və “Keşlə” klublarının rəqibləri məlum olub.

“Qarabağ” səpələnmişlər, “Sumqayıt” və “Keşlə” isə səpələnməmişlər səbətində yer alıb. “Qarabağ” bu mərhələdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq.

“Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” klubu ilə qarşılaşacaq.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Neftçi” burda mübarizəni dayandırsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə qoşulacaq. “Ağ-qaralar” burada Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

Çempionlar Liqası yolu

Teuta (Albaniya)/Şerif (Moldova) – İlkin mərhələnin qalibi
Malmö (İsveç)/Riqa (Latviya) – Şkendiya (Şimali Makedoniya)/Mura (Sloveniya)
Dinamo (Tbilisi, Gürcüstan)/Neftçi (Azərbaycan) – Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan)
Jalgiris (Vilnüs, Litva)/Linfild (Şimali İrlandiya) – ÇFR (Rumıniya)/Borats (Bosniya və Herseqovina)
Ludoqorets (Bolqarıstan)/Şaxtyor (Belarus) – Fola (Lüksemburq)/Linkoln (Cəbəllütariq)
Folqore (San Marino)/Priştina (Kosovo) – Flora (Estoniya)/Hibernians (Malta)
Ferentsvaroş (Macarıstan)/İlkin mərhələnin qalibi – Konnah (Uels)/Alaşkert (Ermənistan)
Dinamo (Zaqreb, Xorvatiya)/Valyur (İslandiya) – Bodo Qlimt (Norveç)/Legiya (Polşa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Keşlə” yoxlama oyunu keçirəcək

admin

Qurban Qurbanov sualları cavablandıracaq

admin

“Sabah” – “Neftçi”: Start heyətlər

admin