08 Sentyabr 2024
Dünyadan

Konfrans Liqası: “Sumqayıt” “Fehervar”la oyunlarının başlama saatı bilindi

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlarının başlama saatı müəyyənləşib.

İdmanxeber.az Macarıstan klubunun saytına istinadən xəbər verir ki, komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda keçiriləcək və saat 20:00-da başlayacaq.

Cavab görüşü isə iyulun 31-də Sekeşfehvarda olacaq. Sözügedən qarşılaşmaya isə  Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43