28 Sentyabr 2024
Ölkə futbolu

Konfrans Liqası: “Sumqayıt” və “Sabah”ın rəqibi bəlli oldu – YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olub.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada “Sabah” Hayfa “Makkabi”sinə (İsrail) rəqib olub. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.

“Sumqayıt” isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq.”Sumqayıt” ilk matçını öz meydanında keçirəcək.

Qeyd edək ki, 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43