Dünya futbolu

Konoplyanka yeni müqavilə imzaladı

“Şalke”də icarə əsasında çıxış edən Yevgeni Konoplyanka gələn mövsüm də komandada qalacaq.

İdmanxeber.com-un məlumatına görə, bunu ukraynalı hücumçu Almaniya mətbuatına açıqlamasında özü deyib.

“Şalke” 27 yaşlı futbolçunu birdəfəlik alıb. Bunun üçün İspaniya klubuna 15 milyon avro ödənilib.

Qeyd edək ki, bu mövsüm “Şalke”nin heyətində 29 oyuna çıxan Konoplyanka 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43